Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka Memorialı” keçirilir.

Sport24.az xəbər verir ki, yarışın əsas turnirində iştirak edən qrossmeysterimiz Vasif Durarbəyli ilk turda kubalı Yasser Perez Quesada heç-heçə oynayıb.

Ardınca Daniel Karlos Kabreranı (Kuba) məğlub edən Durarbəyli 3-cü turda daha bir kubalı şahmatçı Omar Kintana ilə xalı yarı bölüb.

Ümumilikdə turnirdə 6 ölkə - Kuba ilə yanaşı Azərbaycan, ABŞ, Argentina, Hindistan və Türkiyə şahmatçıları iştirak edir.