Premyer Liqamızın cari mövsümündə əvəzolunmaz futbolçuların sayı daha da azalır. Sport24.az xəbər verir ki, "Zirə"nin qapıçısı Mehdi Cənnətovun da seriyası qırılıb.

Belə ki, millimizin də üzvü olan bu təcrübəli əlcək sahibi əvvəlki 3 dövrəni - 21 turun hamısında sonadək çıxş edərək, ümumilikdə 1890 dəqiqə meydanda olmuşdu. Amma IV dövrənin startında "Sabah"la səfər matçını Mehdi kənardan izləməli olmuşdu. Bu da 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşməsiylə bağlı idi.

Cənnətovun yolxuğunda daha təcrübəli həmkarı Anar Nəzirov cari çempionatda həm debüt elədi, həm də uzun fasilədən sonra "Zirə"nin heyətində yenidən Premyer Liqada forma geyindi. Amma bu, məğlubiyyətə əngəl törətmədi - 1:3. 

Çempionatımızda qış fasiləsinədək əvəzolunmaz 5 futbolçu vardı. Digərləri "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov, "Sumqayıt"ın rusiyalı müdafiəçisi Cəmaləddin Xocaniyazov və "Qəbələ"lilər - qapıçı Nicat Mehbalıyevlə şimali makedoniyalı orta sahə oyunçusu İsnik Alimi idi. Camalovun III dövrədə zədə, Alimin cəza üzündən seriyası qırıldı.

Nəticədə belə futbolçu 2 nəfər qalıb. Artıq əsas yığmamıza da cəlb olunan Mehbalıyevin Xocaniyazovdan üstünlüyü ondadı ki, o, 22 matç keçirərək aktivində 1380 dəqiqə var. Cəmaləddində isə 1 oyun - 90 dəqiqə ona görə azdı ki, "Sumqayıt"ın bir matçı təxirə salınıb. Bu, "Qarabağ"la III dövrədə səfər görüşüdü ki, mayın 12-nə təxirə salınıb.