“Turnirdə tarix yazdım. Bu, unudulmayacaq”.

Sport24.az xəbər verir ki, bunu “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutan azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov şəxsi “Facebook” hesabında yazıb.

37 yaşlı şahmatçı bu yarışla bağlı bir kitab yaza biləcəyini vurğulayıb:

“Fəxr edirəm ki, siz də bu tarixin bir hissəsi olduz. Oyunlarımı çox sevdim. Sizin oyun sevginizi qazanmaqla geri dönəcəm”.

Məmmədyarov “Aimchess Rapid”in finalında polşalı Yan Kşiştof-Dudaya uduzub.