Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) turnirlərində oynamayacağını açıqlayıb. Sport24.az xəbər verir ki, 34 yaşlı qrossmeyster bu barədə şəxsi "Facebook" səhifəsində məlumat verib: "Nə qədər ki, İIDE prezidenti Rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna!"

Qeyd edək ki, Raufun həyat yoldaşı Natalya Buksa ukraynalıdır. FİDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.