Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Sport24.az xəbər verir ki, bu gün 5-ci turun görüşləri keçiriləcək.

Azərbaycanın kişi və qadınlardan ibarət milliləri də növbəti görüşlərinə çıxacaqlar. Ötən gün Türkiyə önündə büdrəyən kişilərdən ibarət milli Kuba ilə qarşılaşacaq. Məğlubedilməz olan qadınlardan ibarət milli isə güclü Ukraynanın müqavimətini qırmağa çalışacaq.

Azərbaycanın kişilərdən ibarət millisi hazırda Slovakiya və Rumıniya ilə birgə 7 xalla 12-14-cü yerləri paylaşır. Qadınlardan ibarət yığma isə 8 xalla Fransa və Ukrayna ilə birgə 2-4-cü yerləri bölüşdürür.

Ümumdünya Şahmat Olimpiadası
5-ci tur

2 avqust

Azərbaycan – Kuba

Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres
Rauf Məmmədov – Karlos Albornos Kabrera
Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres
Nicat Abbasov – Omar Almeyda Kintana

Ukrayna – Azərbaycan

Mariya Muzıçuk – Günay Məmmədzadə
Anna Muzıçuk – Gövhər Beydullayeva
Anna Uşenina – Gülnar Məmmədova
Nataliya Buksa – Ülviyyə Fətəliyeva