Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.

Sport24.az xəbər verir ki, bu gün 9-cu turun görüşləri keçiriləcək.

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları da bu gün növbəti oyunlarını keçirəcək. Kişi şahmatçılarımız Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.

Hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.

Ümumdünya Şahmat Olimpiadası
9-cu tur

7 avqust

Kişilər

Hindistan-2 - Azərbaycan
Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov
Nixal Sarin - Rauf Məmmədov
Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli
Raunak Sadvani - Nicat Abbasov

Qadınlar

Azərbaycan - Monqolustan
Günay Məmmədzadə - Enhtul Altan-Ulzi
Xanım Balacayeva - Bayarjarqal Bayarmaa
Gövhər Beydullayeva - Turmunk Munheul
Gülnar Məmmədova - Bat-Erdene Munquneul