Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası başa çatmaq üzrədir.

Sport24.az xəbər verir ki, Azərbaycan yığmaları bu gün sonuncu görüşlərini keçirəcəklər.

Kişilərdən ibarət yığma 11-ci turda Serbiya ilə, qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gələcək.

Kişilərdən ibarət yığma hazırda 14 xalla 16-cıdır və ən yaxşı halda bürünc medal qazana bilər.

Qadınlar isə 16 xalla 3-cü pillədə qərarlaşıb. Azərbaycanın qadınlar yığması tarixdə ilk dəfə Olimpiadanın qalibi olmağa yaxındır.

Ümumdünya Şahmat Olimpiadası
11-ci tur

9 avqust

Azərbaycan – Serbiya
Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç
Rauf Məmmədov – Velimir İviç
Qədir Hüseynov – Robert Markus
Vasif Durarbəyli – İvan İvanişeviç

Azərbaycan – Gürcüstan
Günay Məmmədzadə – Nana Caqnidze
Xanım Balacayeva – Nino Batsiaşvili
Gövhər Beydullayeva – Lela Cavaxişvili
Ülviyyə Fətəliyeva – Meri Arabidze