TOP 10

"Qarabağ"ın "ÇL menyusu": Qurbanov üçün əvəzolunmaz yoxdu

TRİBUNA(L)
Müəllif: Mehman Cahandar
“Qarabağ” Çempionlar Liqasının (ÇL) qrup mərhələsində keçirdiyi oyunlarda 20 futbolçunun xidmətindən yararlanıb. Sport24.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun ən çox güvəndiyi futbolçular bosniyalı qapıçı İbrahim Şehiçlə millimizin də üzvü olan əslən braziliyalı yarımmüdafiəçi Riçard Almeyda olub. 



Qurbanov hər iki futbolçunu bütün matçlarda 90 dəqiqə oynadıb. 6 oyunun hamısında oynayan 6 futbolçudu. Digər 4-ü Migel Madera, Maksim Medvedev, Dino Ndlovu və Donald Gerye olub. Təcrübəli mütəxəssis ən az oynamaq şansını isə Ağabala Ramazanova verib - 5 dəqiqə.

 

Təmsilçimizin ÇL-də iştirak ərizəsində 27 futbolçu olub. Bunlar qapıçılar Anton Kanibolotski, Şahrudin Məhəmmədiliyev, Məmməd Hüseynov, müdafiəçilər Arif Daşdəmirov, Abbas Hüseynov, Eltun Turabov və yarımmüdafiəçilər Rahid Əmirquliyev olub. Elşən Abdullayevin adı ümumiyyətlə, sifariş vərəqində olmur.  



1. Riçard Almeyda – 6 oyun (540 dəqiqə)

2. İbrahim Şehiç – 6 oyun (540 dəqiqə), (-12)

3. Migel Madera – 6 oyun (532 dəqiqə), 1 qol, 2 sarı vərəqə

4. Maksim Medvedev – 6 oyun (521 dəqiqə), 1 sarı vərəqə

5. Qara Qarayev – 5 oyun (520 dəqiqə), 1 sarı

6. Dino Ndlovu – 6 oyun (425 dəqiqə), 2 sarı, 1 qırmızı

7. Yakub Jezniçak – 5 oyun (379 dəqiqə), 3 sarı

8. Ansi Aqolli - 5 oyun (360 dəqiqə)

9. Rəşad Sadıqov - 5 oyun (359 dəqiqə), 1 sarı, 1 qırmızı

10. Donald Gerye – 6 oyun (354 dəqiqə), 1 sarı

11. Mahir Mədətov – 5 oyun (321 dəqiqə)

12. Pedro Enrike – 4 oyun (281 dəqiqə), 1 qol, 1 sarı, 1 qırmızı

13. Bədavi Hüseynov – 3 oyun (270 dəqiqə), 1 sarı

14. Elvin Yunuszadə - 3 oyun (126 dəqiqə), 1 sarı

15. Ramil Şeydayev – 2 oyun (77 dəqiqə)

16. Əfran İsmayılov – 2 oyun (77 dəqiqə)

17. Coşqun Diniyev - 2 oyun (65 dəqiqə)

18. Dani Kintana – 4 oyun (39 dəqiqə)

19. Tarik Elyunussi – 3 oyun (32 dəqiqə)

20. Ağabala Ramazanov - 1 oyun (5 dəqiqə)

 

Çempionlar Liqasının qrupuna yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən "Qarabağ" turnirdə ümumilikdə 12 oyun keçirib. Təsnifat mərhələsində də, əsas mərhələdə eyni sayda - hərəsində 6 qarşılaşma keçirən Qurban Qurbanovun yetirmələri 6 aylıq mübarizəni “Samtredia” ilə Bakıdakı matçda 5:0 hesablı qələbəylə başlayıb və Romada eyniadlı kluba 0:1 hesabı ilə uduzmaqla başa vurub.



“Qarabağ” bu 12 oyunda 22 futbolçunun xidmətindən yararlanıb. Qrupda oynayanlardan yalnzı 2-si - Kanilobotskiylə Əmirquliyev təsnifat mərhələsində oynayıb. Rahid ən az oynayandı - 28 dəqiqə.  

 

12 matçı hamısında oynayan 5 futbolçudu. Bunlar Madera, Qarayev, Medvedev, Almeyda və Geryedi. Ndlovu isə "Atletiko"yla Madriddəki qarşılaşmada cəzalı olduğundan çıxış etməyib. Migel dəqiqə sayında (1072) hamını qabaqlayaraq bu mövsümdə ÇL-də komandasının ən çox meydanda olan futbolçudu.

 

"Qarabağ"ın 45 yaşlı çalışdırıcısı üçün Avropanın ən nüfuzlu klub turnirində əvəzolunmaz futbolçu olmayıb. Qeyd etdiyimiz "5-lik" bütün oyunlarda meydana çıxsa da, 1080 dəqiqə oynamaq onlara nəsib olmayıb.

 

“Qarabağ” ÇL-də 12 oyunda 12 qola imza atıb. Bombardir hesabında 4 qol olan Ndlovudu. Dino yalnız təsnifatda fərqlənib. O, "Samtrediya"ya Bakıda 2, "Şerif"ə Tiraspolda, "Kopenhagen"ə Kopenhagendə 1 qol vurub. 



Migel 3 dəfə fərqlənib. Ona Ndlovudan fərqli qrupda da qol vurmaq nəsib olub. Bu, "Atletiko"yla Madriddəki oyundu. Madera "Samtrediya"yla ev, "Şerif"lə səfər matçında da fərqlənib. 

 

Bombardirlər siyahısında 3-cü olan Gerye gürcülərlə hər 2 matçda adını tabloya yazdırıb. "Qarabağ" Mahir Mədətov Pedro Enrike və Əfran İsmayılov hərəyə 1 dəfə rəqib qapısına yol tapıb. Onların hər üçü də ev oyunlarında fərlqənib. İsmayılovla Mədətov müvafiq olaraq "Samtredia" və "Kopenhagen"lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçlarda qol vurublarsa, Enrike Bakı Olimpiya Stadionunda buna nail olub. Özü də Pedro ümumiyyətlə, Azərbaycanın ÇL-də qrupda ilk qolunun müəllifi kimi tarixə düşüb. 

 

"Qarabağ"ın ÇL-də ən itizamsız futbolçusu Yakub Jezniçak olub. Polşalı müdafiəçi təsnifat 4, qrupda 3 dəfə xəbərdarlıq alaraq ümumilikdə hesabında 7 sarı var. Qırmızı vərəqələr qrupda olub - 3. Dino Ndlovu "Atletiko"yla, Rəşad Sadıqov "Çelsi"ylə ev, Pedro Enrike "Atletiko"yla səfər matçında meydandan çıxarılıb. Dino 2 "sarı"ya görə cəzalanıbsa, Rəşadla Pedroya birbaşa qırmızı göstərilib. 



Məlum olduğu kmii, bu, "Qarabağ" üçün ardıcıl 4-cü qrup mövsümüdü. Daha öncəki Avropa Liqasının qrup mərhəlsini müqayisə etsək, bu dəfə ən az xal sayıb olub Belə ki, Ağdam təmsilçisi 2015/16 mövsümündə də qrup sonuncusu olsa da, onda 4 xal (1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, topların fərqi 4-8) qazanıb. Qurban Qurbanovun komandası debüt olan 2014/15 mövsümündə 6 xalla qrupda 3-cü olub - 1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, topların fərqi 3-5.

 

Ən yaxşı nəticə isə 2016/17 mövsümündə olub. Belə ki, "Qarabağ" onda da qrupda 3-cüsü olaraq pley-offa çıxa bilməsə də, 7 xal toplaya bilib. Bu, ilk dəfə mümkün olan 2 qələbə sayəsində reallaşıb. Digər 4 oyundan 1-də heç-heçə, 3-də məğlubiyyət qeydə alınıb - topların fərqi 7-12. Göründüyü kimi, ağdamlılar qrupda ən çox qola da həmin vaxt imza atıblar.

 

ÇL-in qrupunda debütdə isə 2 xal "Atletiko"yla matçlarda heç-heçələrlə - evdə 0:0, səfərdə 1:1-lə qazanıb. Qalan 4 oyundan 2-də böyükhesablı məğlubiyyət qeydə alınıb. Bunlar "Çelsi"dən 10 cavabsız qolla alınıb - Londonda 0:6, Bakıda 0:4. "Roma"yla matçlarda məğlubiyyətlər isə minimal fərqlə olub - Bakıda 1:2, Romada 0:1. "Qarabağ"  vurduğu 2 qolun qarşılığında qapısında 12-ni görüb.

 

"Qarabağ"ın "Çelsi"də ev məğlubiyyətimi klublarımızın qrupda öz meydanında ən böyükhesablı yenilgisi olub. Bunadək evdə yeganə böyükhesablı məğlubiyyətimiz 2015/16 mövsümündə "Qəbələ"nin "Bakcell Arena"da "Krasnodar"a 0:3 hesablı yenilgisi idi. 

 

MEHMAN SÜLEYMANOV
18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB