Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilmə vaxtı dəqiqləşib.Sport24.az xəbər verir ki,Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı bunu açıqlayıb.
Belə ki, u il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunları iyulun 23-də start götürəcək. Yaponiya paytaxtındakı Olimpiada avqustun 8-dək davam edəcək. Paralimpiada isə avqustun 24-də başlayıb, sentyabrın 5-də bitəcək.
Qeyd edək ki, Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.