Ukraynalı yunan-Roma güləşçisi Jan Belenyuk bu gün Tokio-2020-də final görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada macarıstanlı Viktor Lorintslə üzləşərək 3:1 hesablı qələbə ilə qızıl medal əldə edib.

Bu, Ukraynanın Tokio-2020-də ilk qızıl medalı olub. Maraqlıdı ki, Belenyuk Ukrayna Ali Radasının deputatıdır.