Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk yarışı keçirilib. Sport24.az xəbər verir ki, softbol üzrə qadınlardan ibarət Yaponiya millisi Avstraliya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, olimpiadanın açılış mərasimi iyulun 23-də gerçəkləşəcək. Ənənəvi olaraq bəzi yarışlar açılışdan əvvəl başlayır.