Tokio-2020-də iştirak edən boksçularımız mübarizəsi davam edir.Sport24.az xəbər verir ki, Məhəmməd Abdullayev (+91 kq) 1/16 finalda Denis Latıpovla (Bəhreyn) qarşılaşıb və 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Lorenso Sotomayor (69 kq) 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzub. Bunadək Tayfur Əliyev (57 kq) isə Vyetnam idmançısı Nquyen Van Duonqa yenilərək mübarizəni dayandırmışdı. 

Xatırladaq ki, Azərbaycan Tokio-2020-yə 5 boksçu ilə qatılıb.