Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 30 yaşlı idmançımız Cənubi Koreya təmsilçisi An Çanqrimlə qarşılaşıb.

Dünya çempionuna məğlub olan Orucov medalsız qalıb. O, yarışı 5-ci yerdə bitirib ki, bu, hələ ki ən yüksək göstərimizdi. 

Xatırladaq ki, Rio-2016-nın gümüş mükafatçısı olan Rüstəm budəfəki Olimpiadada medala əsas namizədlərimizdən, eyni zamanda bayraqdarlarımızdan biri idi.