Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020-də finala vəsiqə qazana bilməyib. Sport24.az xəbər verir ki, 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan təmsilçimiz yekunda 547 xal toplayaraq 20-ci yeri tutub. Bu nəticə isə Lunyovun final mərhələsinə ıxması üçün yetərli olmayıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) olimpiada ilə vidalaşıb.