Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq.) bu gün Tokio-2020-də təsəlliverici görüşə çıxıb. Sport24.az xəbər verir ki, idmançımız Tunis təmsilçisi Lamyed Maafi ilə görüşdə 11:1 hesablı qələbə qazanıb.

Beləliklə, Hüseynov bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla üz-üzə gələcək. Duel Bakı vaxtı ilə 14:30-da başlayacaq.
Qeyd edək ki, Rafiq dünən 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olmuşdu.