Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarının püşkü atılıb. Sport24.az xəbır verir ki, sabah start götürəcək turnirdə Azərbaycan karateçilərinin də rəqibləri bəlli olub.

5 qat dünya və 10 qat Avropa çempionumuz Rafael Ağayev (75 kq) Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) birlikdə B qrupunda mübarizə aparacaq.
İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək. 

Azərbaycanın daha bir karateçisi, 61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Zaretska B qrupunda Məltəm Hocaoöku (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə üz-üzə gələcək.

Hər iki karateçimiz avqustun 7-də yarışda çıxış edəcək.