Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.

Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.

Xatırladaq ki, Şərif London Olimpiadasının qalibidi.