Tokio-2020 Yay Olimpiya Oyunlarnın altıncı günündə - iyulun 28-də Azərbaycanın 3 idmançısı mübarizə aparacaq. Sport24.az xəbər verir ki, atletlərimiz idmanın 3 növündə güclərini sınayacaqlar.

Cüdo yarışlarının beşinci günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Məhəmmədəli Mehdiyevin (90 kq) ilk rəqibi Rafael Maçedo (Braziliya) - İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi olacaq. Görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edir. Qrup mərhələsinin ikinci turunda badmintonçumuz Danimarka idmançısı Anders Antonsen ilə qarşılaşacaq. Qarşılaşma saat 15:00-da start götürəcək.

Boks yarışlarında təmsilçimiz Alfonso Dominqes (81 kq) ilk döyüşünü keçirəcək. Boksçumuzun 1/8 final mərhələsində rəqibi özbəkistanlı Dilşod Ruzmetov olacaq. Döyüş saat 15:27-də başlayacaq.