Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, üç təkanla tullanma növündə çıxış edən idmançı ilk cəhdində 16,38 metr nəticə göstərib.

Təsnifat mərhələsində A qrupunda yarışan Babayev 8-ci sırada qərarlaşıb. İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finala vəsiqə qazanıb.

Babayev növbəti çıxışını zamanı üç təkanla tullanma növündə ikinci cəhdində 16,30 metr nəticə göstərib. Bununla təsnifat mərhələsində A qrupunda yarışan idmançımız 10-cu sırada qərarlaşıb. İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finala vəsiqə qazanıb. 

Nazim üç təkanla tullanma növündə mübarizə aparan idmançı sonuncu cəhdində 16,72 metr nəticə göstərib. Bu, Babayevin mövsümdə ən yaxşı göstəricisi olub. Buna baxmayaraq, Avropa çempionu finala vəsiqə qazanmaq şansını itirib. Bununla da Azərbaycan atleti Tokio-2020-dəıxışlarını başa vurub. O, A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutub.İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finalda iştirak edəcək.