Bu gün Azərbaycanın daha 5 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək. Sport24.az xəbər verir ki, yarışın növbəti günündə medal qazanmağa namizədlərdən hesab edilən qadın güləşçi Mariya Stadnik, sərbəst güləşçilər Hacı Əliyevlə, Şərif Şərifov və karateçi Rafael Ağayev qüvvəsini sınayacaq. Həmçinin bədii gimnast Zöhrə Ağamirova da çıxış edəcəj.

50 kq çəki dərəcəsində çıxış edən Stadnik və 97 kq çəkidəki Şərifov Rusiya Olimpiya Komitəsinin təmsilçiləri - müvafiq olaraq, Stalvira Orşuş və Abdulrəşid Sadullayevlə üz-üzə gələcək. 65 kq-da mübarizə aparan Əliyev isə seneqallı Adama Diatta ilə görüşəcək. Hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

75 kq-dakı Ağayev B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Fərdi proqramda yarışan Ağamirova ardıcıl olaraq topla, halqa ilə, lentlə və gürzlərlə çıxışını təqdim edəcək.

Tokio-2020
6 avqust

Bədii gimnastika

Təsniifat mərhələsi: Zöhrə Ağamirova

05:42. topla çıxış

07:12. halqa ilə çıxış

10:12. lentlə çıxı.

11.42. gürzələrlə çıxış

06:30. Sərbəst güləş

65 kq

1/8 final. Hacı Əliyev - Adama Diatta (Seneqal)

97 kq

1/8 final. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya Olimpiya Komitəsi)

06:30. Qadın güləşi

50 kq.

1/8 final. Mariya Stadnik - Stalvira Orşuş (Rusiya Olimpiya Komitəsi)

12:00. Karate

B qrupu

Rafael Ağayev - Noa Biç (Almaniya)

Rafael Ağayev - Çuneari Yahiro (Avstraliya)

Rafael Ağayev - Nurkanat Ajiqanov (Qazaxıstan)

Rafael Ağayev - Luici Busa (İtaliya)

Qeyd edək ki, indiyədək Azərbaycanın 44 idmançısından 33-ü çıxışını bitirib, onlardan 3-ü bürünc medal qazanıb.