Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) yenə Olimpiada finala çıxa bilməyib. Sport24.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gələn dünya və Avropa çempionumuz ağır  məğluibiyyətə uğrayıb - 0:11.

Beləliklə, Mariya sabahlı görüşdə üçüncü yer uğrunda yarışacaq. O, indiyədək Olimpiadanın ən yaxşı halda bürünc medalçısı olub. 

Xatırladaq ki, 34 yaşlı Stadnik 1/8 finalda rusiyalı Stalvira Orşuşa Rəqibinə 9:7, 1/4 finalda tunisli Sarra Hamdini 10:0 hesabı ilə üstələyərək yarımfinala çıxmışdı.