Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.

Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib.

O, növbəti raundda Tunis təmsilçisi Sarra Hamdi ilə görüşüb. Rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələn Stadnik yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda yaponiyalı Yui Susakinin müqavimətini qırmağa çalışacaq.