Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib. Sport24.az xəbər verir ki milli komandamızın üç boksçusu mübarizəyə qoşulur. Bunlar Tayfur Əliyev (57 kq),  Lorenzo Sotomayor (69 kq) və Məhəmməd Abdullayevdir (+91 kq).

İlk olaraq 1/16 finalda Tayfur Əliyev Vyetnam idmançısı Nquyen Van Duonqla qarşılaşıb və hakimlərin qərarı ilə ümumi nəticədə 2:3 hesabı ilə məğlub olaraq Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Bugünkü digər qarşılaşmalarda Lorenzo Sotomayor Əsgərxan Madiyev (Gürcüstan), Məhəmməd Abdullayev isə Denis Latıpovla (Bəhreyn) görüşəcək. Milli komandamızı Tokio-2020-də 5 boksçu təmsil edir.

Xatırladaq ki, bu gün mübarizyə başlayan hələ ki bütün idmançılarımız olimpiada ilə vidalaşıb.