Azərbaycanın bədii gimnastiı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib. Sport24.az xəbər verir ki, 4 hərəkətin cəmində 87,800 xal toplayan 20 yaşlı idmançı ilk "10-luq"dan kənarda qalıb.

O, hazırda 11-ci yerdə olsa da, digər bədii gimnastlar çıxışlarını davam etdirdiklərindən daha aşağı mövqelərə də enə bilər.