Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin futbol yarışlarında bürünc medalların sahibi məlum olub.Sport24.az xəbər verir ki, Meksika yığması 3-cü yer uğrunda görüşdə Yaponiya millisini 3:1 hesabı ilə  məğlub edib.
Meksikalıların heyətində qolları Sebastyan Kordova (13), Xoan Vaskes (22) və Aleksis Veqa (58) vurublar. Yaponiyanın yeganə qoluna isə 78-ci dəqiqədə Kaoru Mitoma imza atıb.

Meksika millisi  2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarının qalibidi 

Xatırladaq ki, Tokio-2020-nin kişi futbolçular arasında final matçı sabah Braziliya və İspaniya milli komandaları arasında keçiriləcək.