Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın futbolçulardan ibarət turnirin qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, final oyununda İsveç və Kanada yığmaları qarşılaşıb.

Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Kanada 3:2 hesabı ilə qalib gələrək olimpiya çempionu olub.

Xatırladaq ki, kişilərin yarışında finalda Braziliya və İspaniya görüşəcək.