Bu gün yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq.) Tokio-2020-də mübarizə aparıb. Spoxəbər verir ki, idmançımız 1/8 finalda kubalı Daniel Heçavarria ilə görüşdı uduzub.

Heçavarria növbəti raundda məğlub olduğu üçün İslam da təsəlliverici görüşdə iştirak etmək şansını itirib. Beləliklə, Abbasov turniri medalsız tərk edib.