Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 4 idmançısı çıxış edəcək. Sport24.az xəbər verir ki, Nazim Babayev atletika, İslam Abbasov isə yunan-Roma güləşində mübarizəyə başlayacaq.

Üç təkanla tullanma yarışına qatılacaq Babayev A qrupunda yer alıb. Ümumilikdə 15 rəqibə qarşı çıxış edəcək 24 yaşlı idmançı finala yüksəlmək üçün "12-liy"ə düşməlidir. Babayevin indiyədək ən yaxşı göstəricisi 17,29 metr olsa da, mövsüm ərzində ən yaxşı nəticə kimi 16,57 metrlə kifayətlənib. O, dünya reytinqində 21-ci yeri tutur. Bu növ üzrə mübarizəyə Bakı vaxtı ilə 04:00-da start veriləcək.

Saat 06:00-da isə yunan-Roma güləşçisi İslam Abbasov 1/8 final görüşünə çıxacaq. Onun ilk rəqibi kubalı Daniel Qreqoriç olacaq.

Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov tunisli Lamyed Maafi ilə, qadın güləşçi Elis Manolova isə qırğızıstanlı Meerim Jumanazarova ilə təsəlliverici görüşdə üz-üzə gələcək.

 

Tokio-2020
3 avqust

Atletika
Üç təkanla tullanma
04:00. Nazim Babayev

Yunan-Roma güləşi
06:00. 1/8 final. İslam Abbasov - Daniel Qreqoriç (Kuba)

06:00. Təsəlliverici görüş. Rafiq Hüseynov - Lamyed Maafi (Tunis)

Qadın güləşi

06:00. Təsəlliverici görüş. Elis Manolova - Meerim Jumanazarov (Qırğızıstan).