Ukraynanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov bu gün final görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 67 kq-da mübarizə aparan yunan-Roma güləşçisi həlledici qarşılaşmada iranlı Məhəmmədreza Gerayi ilə qarşılaşıb.
Görüş vaxtından əvvəl başa çatıb. Belə ki, Məhəmməd Reza  texniki üstünlüklə qələbə qazanaraq (9:1) Olimpiya çempionu olub. Nəsibov isə gümüş medalla kifayətlənib.