Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, idmançımız 1/16 final mərhələsində ABŞ təmsilçisi En-Elizabet Stounla üz-üzə gəlib.

Rəqibinə 15:9 hesabı ilə qalib gələn Başta 1/8 finala yüksəlib. O, bu raundda rusiyalı Olqa Nikitina ilə qarşılaşıb. Rəqibinə 13:15 hesabı ilə uduzan Anna yarışla vidalaşıb.