Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarına finala vəsqə qazanan ilk idmançısı sərbəst güləşçi Hacı Əliyev olub. Sport24.az xəbər verir ki, 65 kq-da çıxış edən idmançımız yarımfinalda hindistanlı Bacranq Puniyaya 12:5 hesabıyla qalib gələrək finala çıxıb. Bununla da Hacı ölkəmizə ən ilk gümüş medalı təmin edib. 

Həlledici qarşılaşma sabah keçiriləcək. Əliyevin rəqibi yaponiyalı Takuto Otoquro olacaq.

Bu, üçqat dünya çempionumuz ilk Ollimpiya finalıdır. Hacı Rio-2016-da isə bürünc medal qazanmışdı.

Xatırladaq ki, Əliyev Tokio-2020-də 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb.