Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək güləşçilər bu gün Yaponiyaya yola düşüblər. Sport24.az xəbər verir ki, milli komandamız saat 16:45-də səfərə çıxıb.

Sərbəst güləş yarışlarında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq), yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), İslam Abbasov (87 kq), qadın güləşində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvəsini sınayacaq.

Xatırladaq ki, Olimpiadada güləş yarışları avqustun 1-də başlayacaq.