Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşdə iştirak edəcək. Sport24.az 97 kq çəki dərəcəsində çıxış edən idmançımızı 1/8 finalda məğlub edən Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayev finala adlayıb.

Bu, Şərifovun avqustun 7-də təsəlliverici qarşılaşmaya qatılmasına imkan verib. Təcrübəli güləşçimiz təsəlliverici görüşdə Elizbar Odikadze (Gürcüstan) ilə münasibətlərə aydınlıq gətirəcək. Şərif qalib gəlsə, bürünc medal uğrunda kubalı Reineris Salas Perezlə görüşəcək.