Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti rekord qeydə alınıb. Sport24.az xəbər verir ki, 52 yaşlı ispaniyalı atlet Xesus Anhel Qarsiya 50 km məsafəyə idman yerişində 35-ci yeri tutub.

Bu, İspaniya təmsilçisinin 8-ci Olimpiadası olub. Belə ki, Qarsiya atletikada 8 Olimpiya Oyunlarında iştirak edən ilk idmançı kimi tarixə düşüb. Debütü Barselona-1992-yə təsadüf edən idmançı bu müddətdə 5 medal -1 qızıl, 2 gümüş, 2 bürünc əldə edib.

Qeyd edək ki, Olimpiadalarda iştirak sayında rekord kanadalı jokey İan Millerə məxsusdur. O, 10 dəfə bu yarışda iştirak edib.