TOP 10

“Tour d’Azerbaidjan-2018”in vaxtı müəyyənləşdi

Digər
Tarix: 2017-12-07 13:19

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib. Sport24.az xəbər verir ki, gələn il mayın 9-13-də planetin ən güclü şosse velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaqlar. 5 günlük yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.

“Tour d’Azerbaidjan-2018” şosse velosipedi üzrə gələn ilin mayında qəbul edəcəyimiz yeganə yarış olmayacaq – sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də birgünlük “Bakı-Xızı Eko” turunda da yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.

Xatırladaq ki, şosse velosipedi üzrə gələn ilin mayında keçiriləcək bu 2 yarışdan əlavə, iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə (olimpiya idman növü) dünya çempionatı da təşkil olunacaq.
 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB