TOP 10

"Qarabağ"ın ÇL-də yekunları: Nəhəng ölkələr bizə həsəd aparır

Futbol
Tarix: 2017-12-07 12:00

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə mübarizəni 2 xalla başa vurub. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bu göstərici ilə 32 iştirakçısının 2-dən daha yaxşı nəticə göstərmiş olub.

Bunlar qrupda böyük təcrübəyə malik "Benfika"yla "Olimpiakos"du. Portuqaliya çempionu hər 6 oyunda yenilərək xal qazana bilməyən yeganə komanda olub. Yunanıstan çempionu isə qitə yarışlarını 1 xalla yekunlaşdırıb.

“Monako” (Fransa), “Borussiya” (Dortmund, Almaniya) və APOEL (Kipr) də “Qarabağ”la eyni sayda  - 2 xal toplayaraq ÇL-də mübarizənni dayandırıb. Onlardann yalnız APOEL-in top fərqi “Qarabağ”dan pisdi. Belə ki, kiprlilər vurduğu 2 qolun qarşılığından 17-ni buraxıb (-15), ağdamlılar da 2 qol vursa da, daha az - 14-nü buraxıb (-12). Beləliklə, "Qarabağ" cari turnirdə 29-cu pillədə başa vurmuş sayılır.

Təmsilçimiz qol sayında yalnız “Benfika”nı üstələyir. Lissabon təmsilçisi eyni zamanda az ən qol vuran komandadı - cəmi 1. “Qarabağ” buraxdığı qol sayında “Seltik” (18), “Anderlext” (17), APOEL (17)  və“Maribor”u (16) qabaqlayır. “Benfika” və “Feeynord” (Hollandiya) isə bizlə eyni sayda qol buraxıb. 

Göründüyü kimi, "Qarabağ" Avropanın ən nüfuzlu klub turnirində Almaniya, Fransa, Portuqaliya, Belçika kimi nəhəng ölkələrin təmsilçilərindən daha yaxşı göstəriciyə imza atıb. 

 
 
18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB