TOP 10

“Qarabağ” ÇL-dən 32 milyon qazandı

Futbol
Tarix: 2017-12-07 11:11

Çempionlar Liqasının (ÇL) qrup mərhələsi artıq başa çatıb. Sport24.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupu 2 xalla başa vurub.

Qurban Qurbanovun komandası keçirdiyi 6 oyundan yalnız ikisində heç-heçə edə bilib. Ağdam klubu evdə və səfərdə Madrid “Atletiko”sundan xal almağı bacarıb.

Bununla da təmsilçimiz qrup mərhələsində də qazanc əldə edib. Pley-off-da Danimarka “Kopenhagen”ini məğlub edən “köhlən atlar” 12,7 milyon avroya sahib çıxmışdı. İki heç-heçəyə görə də komandamız 1 milyon avro əldə edib. Üstəlik, marketinq gəlirlərini nəzərə alsaq, buradan təxminən 2 milyon yarım avro gəlir əldə ediləcək. Beləliklə, “Qarabağ”ın ÇL-dən ümumi qazancı təxminən 16 milyon avro olacaq. Bu da 32 milyon manat edir.

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB