TOP 10

ÇL-də qrupdan çıxan baş məşqçi "Zorro"nun geyimində - FOTO

Futbol
Tarix: 2017-12-07 10:45

Donetsk "Şaxtyor"unun baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının (ÇL) sonuncu turunda "Mançester Siti" üzərində 2:1 hesablı qalib gəldikləri oyundan mətbuat konfransına qeyri-adi geyimdə gəlib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis jurnalistlər önünə məşhur film qəhrəmanı "Zorro"nun geyimində çıxıb.

Fonseka verdiyi sözü tutmaq üçün bu addımı adıb. Məsələ ondadı ki, o, ÇL-də qrupdan çıxacaqları təqdirdə, media nümayəndələrinin qarşısına bu qəhrəmanın geyimində çıxacağına dair vəd verib. Komandası bu nəticəyə nail olduğundan, 44 yaşlı mütəxəssis sözünə əməl edib.
 
Xatırladaq ki, "Şaxtyor" F qrupunda mübarizəni 12 xalla 2-ci pillədə tamamlayıb.

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB