TOP 10

Ronaldo ÇL-də daha bir ilkə imza atdı

Futbol
Tarix: 2017-12-07 10:01

İspaniyanın “Real” klubunun hücumçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında növbəti rekorda imza atıb. Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçu Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə ev oyununda qol vurmaqla növbəti ilki gerçəkləşdirib.

Madridlilərin ikinci qolunun müəllifi olan Ronaldo bununla ÇL-in qrup mərhələsində 6 oyunun hamısında rəqib qapısına yol tapan ilk futbolçuya çevrilib.

Qeyd edək ki, “Real” beş qolun qeydə alındığı görüşdə Almaniya təmsilçisi üzərində 2:1 hesablı qələbəyə sevindi.
 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB