TOP 10

"Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdi"

Gimnastika
Tarix: 2017-12-06 17:00

"Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdi". Sport24.az xəbər verir ki, bu fikir Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UGI) prezidenti seçilməsi münasibətilə dekabrın 6-da təşkil olunan mətbuat konfransı səsləndirilib.

Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov iştirak ediblər.

Yeni vəzifəyə seçilməsi ilə əlaqədar 2006-cı ildən tutduğu AGF-in baş katibi vəzifəsindən ayrılmağa qərar verdiyini vurğulayan F.Qayıbov bildirib: “Baş katiblikdən azad olunmağımla bağlı federasiya rəhbərliyinə müraciət etmişəm. Bu ay İcraiyyə Komitəsinin iclası keçiriləcək. Müraciətimə orada baxılacaq”.

AGF-in vitse-prezidenti Altay Həsənov qeyd edib ki, baş katib vəzifəsinə iki namizəd var: “Hələlik adlarını açıqlamağa tələsməyək. Fərid Qayıbov elə sistem yaradıb ki, özü bu vəzifəni tərk etsə də, iş davam edəcək. Sistemi kiminlə davam etdirməklə bağlı götür-qoy etməliyik”. (azertag.az)

Çingiz Hüseynzadə ölkəmizdə gimnastikanın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Federasiyanın prezidenti xanım Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Mehriban Əliyeva ölkəmizdə idmanın inkişafına daim xüsusi diqqət yetirir. Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra gimnastika ölkəmizdə sürətlə inkişaf etməyə başladı. Həmin vaxtdan etibarən Azərbaycan idmanın bu növü üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib və etməkdədir.

 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB