TOP 10

Ömürlük cəzalanan məşqçi qərarı haqlı sayır: "Amma bağışlanmağımı gözləyirəm"

Futbol
Tarix: 2017-12-06 16:37

“Qərar verilib. İndi düşünmək lazımdı. Dedilər ki, 15 gün ərzində apellyasiya şikayəti verə bilərəm. Buna çalışacam. Açığı, bu məsələ çoxdan olub və ona görə üzr də istəmişəm”. Sport24.az xəbər verir ki, bu sözləri açıqlamasında AFFA İntizam Komitəsinin qərarı ilə ömürlük futbola aid bütün fəaliyyətinə qadağa qoyulan məşqçi-metodist Ağakişi Mehdizadə deyib. 

O, cəzanın oyun alqı-satqısı ilə əlaqəli olmadığını bildirib: “Cəza veriblərsə, haqlıdırlar. Amma bağışlanmağımı gözləyirəm. Bu məsələnin Mirhüseyn Seyidov və Nizami Hacıyevlə heç bir əlaqəsi yoxdu. Çoxdan olmuş bir hadisədi. Həmin vaxt mən “İnter”də işləyirdim. Zaur Svanadze baş məşqçi idi o dönəmdə. Oyun alqı-satqısı deyil, tam fərqli məsələdir. Sadəcə oyunların manipulyasiyasında adım hallanır. Amma gedib öyrənəcəm ki, oyun ya oyunlar? Hələ özüm də bilmirəm. Çünki oyun alqı-satqısı olmamalıdı”. (qafqazinfo.az)

 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB