TOP 10

Qurbanov zədəsini təzələdi

Futbol
Tarix: 2017-12-06 16:31

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” tam heyətlə məşq edə bilmir. Sport24.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Məhəmməd Qurbanov zədədən əziyyət çəkir.

Bir müddətdir ki, diz qapağında ağrıları olan Qurbanov müalicə olunur. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, “Qəbələ”yə qarşı matçda sıradan çıxan orta xətt oyunçusu tədricən sağalsa da, məşqlərin birində zədəsini təzələyib.

Xatırladaq ki, “Kəpəz”in heyətində daha iki futbolçu zədəlidi. Viktor Oseqeyl və Fərid Məmmədov komandaya kömək edə bilmir. 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB