TOP 10

Premyer Liqada ilin son oyunu rəqəmlərin gözü ilə

Futbol
Tarix: 2017-12-06 15:05

Bu həftə Topaz Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2017-ci ilin son matçında “Qarabağ”la “Səbail” üz-üzə gələcək. 4-cü turdan təxirə salınan matç sonuncuların meydanında keçiriləcək. 

Peşəkar Futbol Liqasının rəsmi saytı bu matçda üz-üzə gələn komandaların çempionatdakı qarşılaşmalarının balansını təqdim edib.

Topaz Premyer Liqası
4-cü turdan təxirə salınan oyun

8 dekabr

13. "Səbail"- "Qarabağ" – 1 oyun, +0=0-1, top fərqi 0-1

Təxirə salınmış qarşılaşmanın iştirakçıları indiyədək yalnız bir dəfə görüşüb. Ağdam təmsilçisinin ev oyununun taleyini 1 qol həll edib. İlk dəfə rəqibini qəbul edəcək paytaxt klubu qol sevinci yaşamayıb.

27.10.2017 Qarabağ (Ağdamı) – Səbail (Bakı) 1:0

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB