TOP 10

Kamran Ağayevin yeni klubu müəyyənləşdi - EKSKLÜZİV

Futbol
Tarix: 2017-12-06 13:13

Milli komandamızın qolkiperi Kamran Ağayevin yeni klubu müəyyənləşib. Sport24.az-ın əldə etdiyi xəbərə görə, təcrübəli əlcək sahibi qış fasiləsindən sonra paytaxtın “Keşlə” klubunun şərəfini qoruyacaq.

Onunla ilyarımlıq müqavilə imzalanacağı gözlənilir. Qolkiper dünəndən Bakıdadır və Topaz Premyer Liqasının II dövrəsi başa çatdıqdan sonra tərəflər münasibətlərini rəsmiləşdirəcək.

Qeyd edək ki, Ağayev Çexiya “Mlada”sı ilə müqaviləsinə ikitərəfli razılıq əsasında xitam verib.
 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB