TOP 10

Azarkeşləri “Qarabağ”ı ziyana saldı

Futbol
Tarix: 2017-12-06 12:56

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında və əvəzedicilərin çempionatında 14-cü tur çərçivəsində baş tutmuş oyunlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Topaz Premyer Liqasının “Qarabağ” - “Neftçi” matçının 26-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.


Əvəzedicilərin çempionatının “Səbail” – “Zirə” matçında “Zirə”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


“Qəbələ” - “Keşlə” matçının 44-cü dəqiqəsində “Keşlə”nin məşqçisi Üzeyir İbrahimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB