TOP 10

"Roma"nın futbolçusu: “Çelsi”ni 3:0 məğlub etdik, amma “Qarabağ”a cəmi 1 qol vura bildik"

Futbol
Tarix: 2017-12-06 13:08

“Əhəmiyyətli olan qələbədi. Biz 3 xalı əldə etmişik”. Sport24.az xəbər verir ki, bu sözləri “Roma”nın belçikalı futbolçusu Raca Nainqolan deyib.

O, Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” üzərindəki 1:0-lıq qələbəni şərh edib. Nainqolan çətin qalibiyyət olduğunu sözlərinə əlavə edib: “Çempionlar Liqası hər zaman çətindi. “Çelsi”ni 3:0 məğlub etdik, amma “Qarabağ”a cəmi 1 qol vura bildik. Ona görə də rəqiblərin adının önəmli olmadığını göstərdi. “Çelsi” ilk oyunda Azərbaycan klubunu 6:0 məğlub etmişdi. Görünən o idi ki, biz 7:0 udmalıyıq. Amma çətinliklə 3 xal əldə etdik”.

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB