TOP 10

Daniele De Rossi: "Qarabağ”ın bizə çətinlik yaradacağını bilirdik"

Futbol
Tarix: 2017-12-06 12:30

"Qarabağ”ın bizə çətinlik yaratdı və bunun olacağını bilirdik. Amma sonda istədiyimiz nəticəyə nail olduq". Sport24.az xəbər verir ki, bu fikirləri  “Roma”nın kapitanı Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlamasında bildirib.

34 yaşlı yarımmüdafiəçi klubunun Avropadakı adının onlar üçün önəmli olduğunu söyləyib: “Əvvəlcədən də “Qarabağ”la matçın çətin olacağını bilirdik. Sadəcə, yalnız qalibiyyət haqqında düşünürdük. Bilirdik ki, müqəddəratımız burda həll olunacaq. Biz çox xoşbəxtik və imicimizi geri qaytarırıq. Artıq növbəti mərhələyə adlamışıq və növbəti mərhələ haqqında da düşünəcəyik”.

De Rossi baş məşqçisi Eusebio Di Françesko haqda da xoş sözlər işlədib: "Bu cür çətin qrupun qalibi olmaq xoşdu. Avropa turnirlərində bəzən zərbələr aldıq. Baş məşqçimiz Di Françesko hamını təəccübləndirdi. O, gələn kimi, komandanı Avropada yeni səviyyəyə çatdırdı. Di Françesko rəqibin kimliyindən asılı olmayaraq, bizi aqressiv oyun göstərməyə alışdırdı”.

 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB