TOP 10

"Qarabağ"a qol vuran "Roma"lı: "Onlar müdafiədə etibarlı oynayırdılar"

Futbol
Tarix: 2017-12-06 11:57

Çempionlar Liqasında “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan “Roma”nın futbolçusu Dieqo Perotti açıqlama verib. Sport24.az xəbər verir ki, matçda yeganə qolun müəllifi olan futbolçu Azərbaycan klubunun onlara problem yaratdığını bildirib: “Birinci yerə layiq olduğumuzu göstərdim. Bunun üçün çox çalışdıq. “Qarabağ” isə bizə xeyli problem yaratdı. Onlar müdafiədə etibarlı oynayırdılar. Çox təhlükəli idi. Səbir etdik və sonda qalib gəldik. Fikrimcə, ikinci hissədə xüsusən öz oyunumuzu diktə etdik”.

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB