TOP 10

Əfran artıq ÇL-i unutmağı lazım sayır: "Xorvatiya ilə oyundakı formaları Prosineçki vermişdi, mən götürməmişdim"

Futbol
Tarix: 2017-12-06 11:00

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Roma”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, 29 yaşlı futbolçu ilk olaraq matçla bağlı düşüncələrini bölüşüb:

- İtiriləsi bir şeyimiz yox idi. Amma “Roma” üçün vacib oyun idi. Matça ciddi hazırlaşmışdıq. Çempionlar Liqasında son qarşılaşmamız lduğundan yaxşı nəticə qazanmaq istəyirdik. Uduzsa qda,, pis mübarizə aparmadıq. Amma “Roma” “Roma”dı. Elə futbolçular var ki, hər bir şansdan maksimum yararlanırlar. Bu gün onlar da ən xırda imkandan istifadə edib qol vurdular. Ümumilikdə, yaxşı oyun alındı. Artıq bu matçı unutmaq lazımdı. Çempionlar Liqası bizim üçün bitdi. Yenidən Premyer Liqada çempion olub, bu turnirin qrup mərhələsinə düşmək lazımdı.

- İlk dəfə mübarizə apardığınız turnirdəki çıxışınızı necə dəyərləndirirsən?

- Yaxşı hesab etmək olar. Dünyanın "Top komandaları"nı Bakıya gətirdik. Bu, həqiqətən Azərbaycan futbolu üçün böyük bir şeydi. “Atletiko”dan 2 xal götürdük. Ümumiyyətlə, hər bir komandadan xal almaq istəyirdik. Sadəcə, bəzi şanssızlıqlarımız oldu. Bununla belə, Çempionlar Liqasına alışmağa başlayırıq. “Roma” ilə hər iki matçda yaxşı oyun sərgilədik. Sadəcə, əllərinə düşən imkanlardan yaxşı istifadə etdilər və qələbə qazandılar.

- Qırmızı vərəqələr və zədələr olmasaydı, “Qarabağ”ı fərqli yerdə görə bilərdikmi?

- Heyətlə bağlı problemlərimiz oldu. Buna baxmayaraq, baş məşqçi hər dəfə meydana ideal heyəti buraxmağa çalışırdı. Bunu da bacarırdı. Gördüyünüz kimi, komanda heç bir matçda pis təsir bağışlamadı. Əsas odur ki, itkilərə baxmayaraq, istədiyimiz oyunu göstərdik.

- Çempionlar Liqasında son oyununuz idi. Rəqib komandadan hansı futbolçu ilə formanı dəyişdirdin?

- Heç kimlə dəyişməmədim. Çünki maraqlı gəlmir.

- Niyə? Özün istəmədin?

- Belə şeylər mənə maraqlı deyil. Ona görə forma dəyişmirəm. Xorvatiya ilə oyundakı formaları Prosineçki vermişdi, mən götürməmişdim.

 

CEYHUN ƏLİYEV, Roma

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB