TOP 10

"Mübarizəni dayandırmağımızın səbəbkarı “Qarabağ”dı"

Futbol
Tarix: 2017-12-06 10:40

Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasına yollanan “Atletiko”nun yarımmüdafiəçisi Saul Nigez açıqlama verib. Sport24.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində mübarizə dayandırdıqlarına görə özlərini tənqid etməli olduqlarını bildirib.

Futbolçu əsas səbəb kimi “Qarabağ”la hər iki oyunda itirilən xalları göstərib: “Düşünüb bir az özümüzü tənqid etməliyik. “Roma” kimi komandaya qalib gəldik. Hər iki matçda onlardan xal aldıq. Lakin italyanlar ÇL-də yoluna davam edir. Biz isə “Qarabağ”la oyunlara baxmalıyıq. Hər iki qarşılaşmada xal itirdik. Bu olmamalı idi. “Çelsi” və “Roma” onlarla hər iki oyunda qələbə qazandı. Mübarizəni dayandırmağımızın səbəbkarı “Qarabağ”dı. Həmin oyunları düşünməsək və ya fikirləşsək ki, hər iki matçda xal almışıq o zaman hər şey başqa olacaqdı”.

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB